Robotlar emosiyaları 98% dəqiqliklə tanımağı öyrənib

09 Aprel 2019 - 14:32 | Maraqlı məlumatlar
Robotlar emosiyaları 98% dəqiqliklə tanımağı öyrənib

Keys Universitetinin alimləri bildiriblər ki, süni intellekt insanların emosiyalarını üz ifadəsinə görə 98% dəqiqliklə tanımağı öyrənib. Bu haqda “IEEE Games, Entertainment and Media 2018” konfransında məlumat verilib.

Tədqiqatçılar bildirirlər ki, bu üsulla onlar interaktiv oyunlarda süni intellekti təkmilləşdirəcək və insanlara narahatlıq vermədən onlarla birlikdə yaşaya biləcək fərdiləşdirilmiş robotların növbəti nəslini yaratmağa müvəffəq olacaqlar.

nanonewsnet.ru saytının məlumatına görə, yeni texnikanı Keys Mühəndislik Məktəbinin mexanika və aerokosmik texnika sahəsində dosenti Kiyu Li və aspirant Syao Lyu hazırlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.