“Wayve” startapı maşın təliminə əsaslanan, şəxsi avtomobilləri idarə etmək üçün nəzərdə tutulan süni intellekt sistemi nümayiş etdirib.
Mütəxəssislər sürücüsüz avtomobillərin daha müstəqil hərəkətini təmin etməyə çalışıblar. Proqramçılar şəxsi nəqliyyat vasitəsinin tanımadığı yollarda müstəqil hərəkət etməsi üçün intellektual sistem hazırlayıblar.
robo-hunter.com saytının məlumatına görə, maşın smartfondan ötürülən kamera və naviqasiya sisteminin təlimatlarından istifadə edərək şəhər ətrafında hərəkət edir.
İntellektual sistem “Renault Twizy” və “Jaguar I-PACE” avtomobillərində sınaqdan keçirilib. Sürücüsüz avtomobilin hərəkəti kameraya çəkilib. Sükan arxasındakı sürücülər maşında olsalar da nəqliyyat vasitəsini idarəetmədə iştirak etmirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.