Dünyada ilk istilik batareyası təqdim edilib

04 Aprel 2019 - 10:30 | Texnoloji yeniliklər
Dünyada ilk istilik batareyası təqdim edilib

Avstraliyalı startapçılar dünyada ilk işlək istilik batareyası hazırlayıblar. İstismar müddəti 20 il olan batareya litium-ion batareyaları ilə müqayisədə 60-80% ucuzdur və onlardan 6 dəfə daha çox enerji saxlaya bilmək imkanına malikdir.

hi-tech.mail.ru saytının məlumatına görə, istənilən növ elektrik enerjisini (günəş, külək və bilavasitə şəbəkədən alınan) birləşdirə bilən modulyar enerji toplayıcısı “TED”dən (Thermal Energy Device) xüsusi izolyasiyalı kamerada silisiumun qızdırılması və əridilməsi üçün istifadə edilir. Standart “TED” batareyası özündə 1,2 meqavatt-saat enerji saxlayır və asanlıqla 6 metrlik konteynerə yerləşir.

İstehsalçıların məlumatına əsasən, yeni qurğu qurğuşun-turşu batareyasına nisbətən 12 dəfə daha çox enerji saxlamaq imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.