Kolumbiya Universitetinin alimləri elastik, funksional və sukeçirməz tranzistorlar hazırlayıblar. Yeni qurğular tibbi sensorlar, neyrokompüter interfeysləri və implantatlarda tətbiq edilə bilər.
Silikon tranzistorlar maye ilə bir-birinə yaxşı təsir etmirlər, sukeçirməz qurğular isə olduqca sərtdirlər. Eyni zamanda elastik və sukeçirməz olmalı sensorlar üçün problemin həlli plastik elektronikadır.
Tədqiqatçılar qrupu elastik və suyadavamlı tranzistor hazırlayıb. Bu tranzistorun sürəti onu tibbi monitorinq və neyroprotezləşdirmədə tətbiq etməyə imkan verir. Tranzistorun əsas komponentləri mənbə, axım və onları birləşdirən kanaldır. Alimlər qurğunu təkmilləşdirmək üçün tranzistor kanalının unikal konstruksiyasını təqdim ediblər. Tamamilə bioloji materiallardan hazırlanmış tranzistor ion və elektronlarla qarşılıqlı təsirdə olur ki, bu da orqanizmin neyron siqnalları ilə əlaqəsini daha effektiv edir.
“Bizim tranzistorumuz ionlardan istifadə edir. Onun iş sürəti neyrofiziologiyada tətbiqi vacib olan mürəkkəb hesablamaları yerinə yetirməyə imkan verir”, – deyə tədqiqatçı Dion Nodaxoli bildirib.
robo-hunter.com saytının məlumatına görə, alimlər qurğunu elektroensefaloqrafiyada sınaqdan keçiriblər. Təkmilləşdirilmiş kiçik ölçü pasiyentlərin rahatlığını təmin edib.
Tranzistorlar ürək, əzələ və gözlərin biomonitorinqi zamanı tətbiq edilə, epilepsiyanın bəzi formalarının müalicəsinə kömək edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.