İlk “ağıllı” həbsxana yaradılacaq

26 Fevral 2019 - 17:06 | Maraqlı məlumatlar
İlk “ağıllı” həbsxana yaradılacaq

Məhbusların təhlükəsizliyini təmin etmək sadə məsələ deyil. Onlar içəri gizli keçirdilmiş narkotik vasitələrdən istifadə edə, öz dustaq yoldaşlarını qorxuda və ya şikəst edə bilərlər.

techcult.ru saytının məlumatına görə, Honkonqun İslahedici Müəssisələr Şöbəsinin rəhbərliyi meqapolis həbsxanalarında olan 8300 məhbusun idarə edilməsini yaxşılaşdırmaq məqsədilə robotlardan, daşınan elektron qurğular və digər Əşyaların İnterneti texnologiyalarından istifadə ilə bağlı plan hazırlayıb.

“Ağıllı” həbsxana sisteminin yaradılmasında ilk addım bir neçə texnologiyanın sınaqdan keçirilməsi olacaq. Daha sonra bu texnologiyalar gündəlik təcrübədə tətbiq ediləcək. Bu kimi texnologiyalardan biri də həbsxanada qadağan edilmiş predmetlərin, ilk növbədə, narkotiklərin aşkar edilməsi məqsədilə yenicə həbs edilmiş məhbusları yoxlayan avtomatlaşdırılmış əldir. Daha bir qurğu adi fitnes-qolbağa bənzəyən izləmə üçün qolbaqdır. Onun köməyilə məhbusların fiziki vəziyyəti və onların olduğu yer izləniləcək. “Norma”dan kənara çıxma zamanı həbsxana administrasiyası dərhal bildiriş alacaq.

Hazırda “Pik Uk” islahedici müəssisəsi videoanalitik monitorinq funksiyasına malik 12 kameradan ibarət “ağıllı” videomüşahidə sistemini sınaqdan keçirir. Bu kameralar məhbusların qeyri-adi hərəkətlərini, xüsusilə, özünə və ya əmlaka zərər vurulması hallarını qeydə alır.

Hələ ki, bu kimi yeni texnologiyaların tətbiqinin effektivliyi barədə danışmaq üçün tezdir. Belə ki, ötən il Honkonq həbsxanalarından birində 2 məhbus intihar edib, 48-i isə özünə zərər yetirib. Bununla belə, əldə olunmuş təcrübə gələcəyin həbsxanalarının yaradılması zamanı yararlı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.