“WobbleWorks” şirkəti iOS və Android əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün “3Doodlers” proqramını təqdim edib. O, xüsusi qələmin köməyilə həcmli detalları birbaşa smartfon və planşet ekranlarında yaratmağa imkan verir.
techcult.ru saytının məlumatına görə, yeni başlayan istifadəçilər üçün addım-addım təlimatlar hazırlanıb. Təklif edilən 10 öyrədici layihəyə hər həftə yenisi əlavə ediləcək. İdeya ondan ibarətdir ki, proqram uşaq və böyüklərə üçölçülü obyektlərin eskizlərini təklif edəcək. Bu obyektlərin detallarını bir neçə dəqiqə ərzində birbaşa smartfon ekranında yaratmaq mümkün olacaq.
Addım-addım təlimatlar və dərsliklərlə birlikdə trafaretlərdən istifadə edərək, istifadəçilər üçölçülü rəsm çəkmənin əsaslarına yiyələnə və daha sonra konkret interaktiv layihələrdə öz bacarıqlarını təkmilləşdirə biləcəklər. Artıq “3Doodler” proqramını yükləmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.