Hazırda xüsusi eynək və dəbilqələrdən istifadə virtual reallığın geniş yayılmış üsulu hesab edilir. Digər üsullara gözün torlu qişasında təsvirin proyeksiyalanması və ya ekranların həcmli təsvirindən istifadə olunması aiddir.
Son üsuldan ekrana müəyyən bucaq altında baxmaq tələb olunduğuna görə nadir hallarda istifadə olunur. Kanada tədqiqatçıları bu çatışmazlığı aradan qaldırmaq üçün 360 dərəcə əhatə dairəsinə malik sferik ekran yaradıblar.
hi-news.ru saytının məlumatına əsasən, “Crystal” büllur kürəsinin diametri 60 santimetrə bərabərdir. Sferik təsvirin yaradılması üçün dörd dəqiq kalibrli proyektordan istifadə olunur. Eyni anda iki insan proyeksiya edilən təsvirə baxmaq imkanına malikdir. Yüngül eynək sayəsində onların hər birinə müxtəlif şəkillər göstərilir. İstifadəçilər kürənin ətrafında gəzə və müxtəlif rakursdan təsviri görə bilərlər.
Bu texnologiyanın çoxistifadəçili oyunlarda, 3D-modelləşdirmə və video konfranslarda tətbiq olunacağı ehtimal edilir. Bunun səbəbi həmsöhbətin yalnız bir kameradan istifadə etməsi və istifadəçinin mövqeyindən asılı olaraq onun üzünün öz oxu ətrafında fırlanmasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.