Texnologiyalar dünyanı dəyişdirərək, sürətlə inkişaf edir. Heç kəs 20 il əvvəl hamının İnternetə qoşulmuş smartfona sahib olacağını düşünə bilməzdi.
interesnosti.com saytının məlumatına görə, tezliklə bəşəriyyəti tamamilə dəyişdirəcək texnologiyalar yaradılacaq. Gələcəyin texnologiyalarına nümunələrdən biri də “beyin izi”nin köməyilə bütün şəxsi hesablara giriş texnologiyasıdır. Bu, əslində hər kəsin düşündüyündən daha tez əlçatan olacaq.
Məlumdur ki, istənilən şifrəni “sındırmaq” mümkündür. Hətta barmaq izi və sifətin tanınması kimi metodlar belə tamamilə mükəmməl deyil. Artıq tədqiqatçılar “beyin izi”ni araşdırmağa başlayıblar. Belə ki, hər bir insanın beyin dalğaları unikaldır və şifrə kimi istifadə oluna bilər. Buna görə də “beyin izi” məlumatlara giriş üçün mükəmməl şifrə olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.