İlk “5G” kinoteatr istifadəyə verilib

15 Fevral 2019 - 16:15 | Texnoloji yeniliklər
İlk “5G” kinoteatr istifadəyə verilib

Norveç mobil operatoru “Telia” Osloda “Odeon” kino mərkəzi ilə birgə “5G” şəbəkəsi vasitəsilə ekrana ötürülən filmləri izləmək üçün ilk kinoteatr istifadəyə verib.

hightech.fm saytının məlumatına əsasən, “Telia” operatoru yayım üçün videofaylların ötürülmə sürətini 2,2 Gbit/s-yə çatdırıb. Bu adi “4G” şəbəkələrinin buraxılış qabiliyyətindən 20 dəfə yüksəkdir.

“4G” şəbəkəsi 720p təsvir ölçülü çarxları yayımlamaq imkanına malikdir. 4K formatlı filmlərin yayımı üçün kinoteatrlara genişzolaqlı İnternet və ya “5G” şəbəkəsi kimi yüksək ötürmə sürətinə malik sistemlərdən istifadə tələb olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.