“Google” hər gün 100 milyard söz tərcümə edir

06 Fevral 2019 - 11:12 | Maraqlı məlumatlar
“Google” hər gün 100 milyard söz tərcümə edir

“Google” şirkəti dünyanın müxtəlif ərazilərində yaşayan insanların ünsiyyət qurmasına və ortaq bir dil tapmalarına dəstək göstərdiklərini nümayiş etdirən emosional videoçarx paylaşıb. Hər gün “Google”un tərcümə proqramı 100 milyarddan çox söz tərcümə edir. Çarxda insanların müxtəlif ölkələrdə yaşayan insanlarla ünsiyyət qurması üçün smartfonlardan istifadə etdiyi göstərilir.

Həmçinin videoda “Google”un fərdi köməkçisinin əlavə edilmiş reallıq imkanları nümayiş etdirilir. Kameranın proqramı vasitəsilə nişan və lövhələrdəki yazılar başqa dilə tərcümə edilir.

ixbt.com saytının məlumatına görə, hər gün tərcümə edilən 100 milyard söz arasında “necəsən” və “təşəkkür” sözləri ən populyardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.