Quş kimi “görən” kamera hazırlanıb

05 Fevral 2019 - 16:04 | Texnoloji yeniliklər
Quş kimi “görən” kamera hazırlanıb

İsveçin Lund Universitetinin professoru Den Erik Nilson və elmlər doktoru Sintiya Tedor quş görməsinin xüsusiyyətlərini təkrarlayan optik sistem hazırlayıblar. O, xüsusilə, görünən spektrlərə əlavə olaraq, ultrabənövşəyi işıqda təsviri görmək imkanını artırır və insanın təsəvvür edə bilməyəcəyi naviqasiya bacarığını kəşf edir.

techcult.ru saytının məlumatına görə, universitetin tədqiqat qrupu “Lund Vision Group” optik filtr dəstinə malik multispektral kamera hazırlayıb. Filtrlərin sayı və kombinasiyaları dəyişə bilir, onlar canlının gözünün torlu qişasında müxtəlif növ fotoreseptorlar tərəfindən işıq axınının qəbulunu təqlid edirlər. Məsələn, quşlarda dörd növ filtr vardır və bu cür kameranın köməyilə alimlər dünyaya “quş gözü” ilə baxa biliblər. Məlum olub ki, ultrabənövşəyi işıqda obyektləri görmə qabiliyyəti görüntü kontrastını əhəmiyyətli dərəcədə artırır.

Bu, yeni kəşf deyil, lakin təbiəti müxtəlif cür görmək qabiliyyətinin dünyanı qavramağı ciddi şəkildə dəyişdirdiyi barədə düşünməyə vadar edir. İnsanlar və quşlar sanki fərqli reallıqlarda yaşayırlar. İnsanlar yüksəklikdən düşmə təhlükəsi ilə qarşılaşdıqda, quşlar yırtıcılardan qaçmaq və uçmaq üçün xilasedici məkan olduğunu hiss edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.