4D-oriqaminin köməyilə göz üçün süni buynuz qişa yaradılıb

05 Fevral 2019 - 09:19 | Texnoloji yeniliklər
4D-oriqaminin köməyilə göz üçün süni buynuz qişa yaradılıb

Hazırda cərrah-oftalmoloqlar donor buynuz qişasının kəskin defisiti ilə rastlaşırlar. Son illərdə bu problem daha da genişlənib, çünki görmənin lazer korreksiyası üzrə əməliyyat keçirmiş şəxslərin buynuz qişasından başqasına köçürülmə üçün istifadə etmək olmaz. Buna alternativ pasiyentin kök hüceyrələrindən yetişdirilən süni buynuz qişa ola bilər. Onun yaradılması üzərində Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçıları işləyirlər.

nanonewsnet.ru saytının məlumatında bildirilir ki, alimlər kök hüceyrələri və kollagen geldən buynuz qişa formasında matris formalaşdırıblar, sonra tərkibində peptid amfifil molekulları olan zərdabla emal ediblər. Nəticədə müxtəlif hüceyrələr müxtəlif fəallıq göstəriblər və tədricən yastı strukturdan arzuolunan formanın həcmli obyektini formalaşdırıblar. Belə strukturlar “dördölçülü” adlandırılır, çünki onların yaradılmasında üç ölçüdən başqa vaxt da əhəmiyyətli rol oynayır.

Tədqiqatlar təsdiq edib ki, sintetik buynuz qişanın strukturu və xüsusiyyətləri əsl toxumanın xarakteristikalarını təqlid edir. Artıq onun insana köçürülməsinin mümkün olması üçün lazımi işlər görülür. Tədqiqat müəllifləri əmindirlər ki, “hüceyrələr”in tətbiqi yalnız donor buynuz qişalarının istehsalı zamanı faydalı olmayacaq. Məsələn, gələcəkdə cərrah pasiyentin bədəninə özü daha mürəkkəb struktura çevriləcək toxumanın kiçik bir hissəsini implantasiya edə biləcək.

Alimlər bildiriblər ki, yeni üsul başqa toxumalar yaratmağa da imkan verəcək. Bu, donor orqanlarının çatışmazlığı problemini həll edəcək və cərrahi fəaliyyət sahəsini həmişəlik dəyişdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.