Amerikanın “Microsoft” korporasiyası “Edge” mobil brauzerinin istifadəçilərinə etibarsız xəbər saytları haqqında xəbərdarlıq etməyə başlayıb. Şirkət “NewsGuard”la əməkdaşlıq çərçivəsində “Edge” brauzerinə xüsusi bildiriş funksiyası əlavə edib.
iz.ru saytının məlumatına görə, brauzerin mobil versiyası istifadəçilərə “Daily Mail” və “Mail Online” veb-saytlarının dəqiqlik və məsuliyyət standartlarını dəstəkləmədiyi barədə xəbərdarlıq edir.
Qeyd edilir ki, hələ ki, istifadəçilərə xəbərlərdən mühafizə funksiyasının quraşdırılmasının nə qədər faydalı olduğunu izah etmək çətindir. Məhz bu səbəbdən “Microsoft” “NewsGuard” proqramı ilə “Edge” brauzerini birləşdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.