Rusiya istehsalçıları elektrik enerjisi sistemlərində “bləkaut”la (elektrik cərəyanının kəsilməsi, qaranlığa qərq olmaq) mübarizə aparan süni intellekt hazırlayıblar.
Neyron şəbəkə enerji şəbəkələrinin analizi üçün qərarların qəbulunda məntiqi nəticə mexanizmlərindən istifadə edərək öz məlumat bazasını aktual informasiya ilə avtomatik təyin edəcək. Bundan əlavə, alqoritmlər energetika sisteminin elementlərinin qalıq resursunun sayını proqnozlaşdıra, həmçinin energetika sisteminin etibarlılığının maksimal artımı üçün təmir işlərinin optimallaşdırması üzrə tövsiyələr formalaşdıra biləcək.
hightech.fm saytının məlumatına əsasən, bu müxtəlif energetika sistemləri üçün etibarlılıq və əlverişlilik meyarlarını təmin edən intellektual idarəetmə və müdafiə sistemidir. Hazırda avadanlıqların sıradan çıxması, generasiya rejiminin dəyişdirilməsi və ya elektrik enerjisinin istifadəsi rejimləri əl ilə icra olunur. Bu kimi yanaşmalar tələb edilən effektivliyi təmin edə bilmir. Yeni sistem insan iştirakı olmadan modelləri avtomatik bərpa edəcək.
Süni intellektin ilk sınaq mərhələsi 2019-cu ilin sonunda keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.