İsveçrə tədqiqatçıları ətraf mühitə uyğunlaşa bilən “ağıllı” mikro robot hazırlayıblar.
naukatv.ru saytının məlumatına əsasən, Sürix Yüksək Texniki Məktəbi və Lozanna Federal Politexnik Məktəbinin istehsalçıları “ağıllı” və biouyğun tibbi mikro robotu bakteriyalardan ilhamlanaraq yaradıblar.
Bu qurğular şəxsi sürətləri və manevr qabiliyyətlərinə zərər yetirmədən dar qan damarları və orqanizmin mürəkkəb sistemlərinə keçə bildikləri üçün mayedə üzmək və öz formasını dəyişdirmək imkanına malikdirlər.
Tədqiqatçılar bildirirlər ki, “ağıllı” robotlar xüsusi tərkibə və struktura malikdir. Onlar hərəkət edərkən mayenin xarakteristikalarına uyğunlaşırlar. Məsələn, robotlar qatılığın və ya osmotik konsentrasiya səviyyəsinin dəyişikliyi ilə rastlaşırsa, hərəkət istiqaməti üzrə sürəti və kontrolu itirməmək üçün öz formasını dəyişdirirlər. Robotları elektromaqnit sahənin köməyi ilə idarə etmək və ya onların maye axınından istifadə edərək boşluqlar üzrə müstəqil hərəkət etməsinə imkan vermək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.