“China Unicom” şirkətinin elmi-tədqiqat institutunda Pekin Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Lyu Jun 5G texnologiyasından istifadə edərək heyvanın qaraciyərinin bir hissəsini kəsib. belta.by saytının məlumatına görə, əməliyyat idarə etmə mərkəzinə 50 km məsafədə yerləşib və təxminən 1 saat davam edib. Əməliyyatdan yarım saat sonra heyvanın həyat fəaliyyətinin əsas göstəriciləri normallaşdıqda tədricən anesteziyadan ayılıb. Bu hadisə 5G texnologiyasının köməyi ilə keçirilmiş ilk uğurlu cərrahi əməliyyatdır.
Direktor Lyu Szinfeyin sözlərinə görə, əməliyyatın uğurlu alınması distant tibbdə 5G texnologiyasının tətbiqinin mümkün olduğunu göstərir. Bundan əlavə, yaxın gələcəkdə insanları müalicə etmək, xəstələri distant izləmək və distant ultrasəs müayinəsi aparmaq üçün 5G şəbəkəsindən istifadə ediləcək, eləcə də pasiyentlərin xəstəxanaya getməsinə ehtiyac olmadan keyfiyyətli mütəxəssis xidmətləri göstəriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.