“Samsung” şirkəti süni intellektli “danışan” soyuducu təqdim edib

15 Yanvar 2019 - 09:56 | Texnoloji yeniliklər
“Samsung” şirkəti süni intellektli “danışan” soyuducu təqdim edib

“Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisi çərçivəsində süni intellekt texnologiyasının tətbiq edildiyi “Family Hub” soyuducu layihəsini təqdim edib.

hightech.fm saytının məlumatına görə, Cənubi Koreya istehsalçısı “Family Hub” “ağıllı” soyuducu modelinin hazırlanması ilə 2016-cı ildən məşğuldur. Sərgidə şirkət soyuducuda ərzaqların olmasını, eləcə də bu və ya digər ərzaqların istifadə müddətini öyrənməyə, temperatur xarakteristikalarını dəyişməyə və soyuducunun donunu açmağa imkan verən “Bixby” səs köməkçisi funksiyası ilə təchiz edilən yeni model nümayiş etdirib.

Ərzaqla bağlı funksiya ilə yanaşı, “Bixby” xəbərlər dinləməyə, musiqini işə salmağa şərait yaradacaq və müxtəlif yeməklərin hazırlanması üçün reseptlər axtarmağa kömək edəcək.

Bundan əlavə, “Samsung” soyuducuda ərzaqların mövcudluğu və tükənməsi barədə məsafədən məlumat almağa imkan verən “Family Hub” mobil proqramını nümayiş etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.