Cənubi Koreyanın “Hyundai” avtomobil istehsalı şirkətinin mühəndisləri zəif eşidən sürücülər üçün köməkçi sistem hazırlayıblar.
Yeni texnologiya çərçivəsində mühəndislər səsləri vizual və taktil siqnala çevirən bir neçə sistemdə birləşdiriblər. Layihədə süni intellekt alqoritmləri aktiv istifadə olunub. Süni intellekt tənzimləyicilərin köməyi ilə səsləri tanıyır, onları zəif eşidən sürücü üçün aydın siqnallarla əvəzləyir.
Sistem zəif eşidən sürücülərə müxtəlif səsləri, eləcə də təcili yardım sirenasını eşitməyə imkan yaradacaq.
planet-today.ru saytının məlumatına görə, sürücülər üçün nəzərdə tutulmuş “ağıllı” sistem yalnız “Hyundai”da deyil, “Toyota” avtomobillərində də tətbiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.