“Samsung” şirkəti “CES 2019”da unikal elastik televizor təqdim edib

08 Yanvar 2019 - 11:57 | Texnoloji yeniliklər
“Samsung” şirkəti “CES 2019”da unikal elastik televizor təqdim edib

“LG” şirkəti 2019-cu ildə elastik ekrana malik, boru kimi burulan televizoru bazara çıxarmağa söz vermişdi. Lakin rəqiblər də vaxt itirmədən yeni texnologiyalar üzərində çalışırlar. Bu yaxınlarda məlum oldu ki, “Samsung” da buna bənzər televizor hazırlayır. Şirkətin televizoru “LG”də olduğu kimi aşağıya deyil, qarmon kimi yanlara doğru burulacaq.

hi-tech.mail.ru saytının məlumatında bildirilir ki, elastik ekrana malik televizor qatlanmış vəziyyətdə daşınma üçün nəzərdə tutulub. Konstruksiya mərkəzi hissədə yerləşdirilmiş sərt altlığa malikdir ki, bu da ekranın müstəviliyini saxlamasına imkan verir.

“Samsung” şirkəti unikal televizoru dünyanın ən böyük informasiya texnologiyaları sərgisi – “CES 2019”da təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.