“Microsoft”un səs köməkçisi insanın pıçıltısını tanımağı öyrənib

04 Yanvar 2019 - 11:23 | Texnoloji yeniliklər
“Microsoft”un səs köməkçisi insanın pıçıltısını tanımağı öyrənib

Microsoft” şirkəti səs köməkçisinin istifadəçinin pıçıltısını tanımasına imkan verən texnologiyanı patentləşdirib. Tətbiq insanların şəxsi informasiyasının kənar şəxslər tərəfindən eşidilməsinə imkan vermir və onların ictimai yerlərdə nitqin tanınması sistemlərindən rahatlıqla istifadə etməsinə şərait yaradır.

Hazırda istifadəçilərin böyük əksəriyyəti ictimai yerlərdə yoldan keçənlərə öz şəxsi məlumatlarını (evin ünvanı, kredit kartının nömrəsi və s.) bildirməkdən çəkindikləri üçün səs köməkçilərindən yalnız evdə olduqları zaman istifadə edirlər.

hightech.fm saytının məlumatına görə, “Microsoft” bu problemin həllini təklif edib – mühəndislər neyron şəbəkəsinə istifadəçinin pıçıltısını tanımağı öyrədiblər. Güman edilir ki, sistem “ağıllı” saat, smartfon və planşetlərə quraşdırıla bilər.

Lakin sistemin mənfi cəhəti ondan ibarətdir ki, sözləri qurğunun mikrofonundan 2-3 millimetr məsafədə tələffüz etmək lazımdır.

Qeyd edək ki, daha öncə hakerlərin insanının eşitdiyi zaman seçə bilmədiyi səslərin köməyi ilə səs köməkçilərini sındıra bildikləri müəyyən olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.