Maqnit rezonans tomoqrafiya şəkillərinin analizi üçün nəzərdə tutulan süni intellekt xəstələrin fiziki ağrı qorxusunu proqnozlaşdıra bilir. Bu barədə Balqrist Universitet Klinikasının (Uniklinik Balgrist) alimləri tədqiqat aparıb.
hightech.fm saytının məlumatına görə, fiziki ağrı qorxusunu proqnozlaşdıran mövcud metodlar səmərəsizdir – xəstələr anket suallarını cavablandırırlar. Cavablar isə subyektiv və anketin doldurulması zamanı insanın vəziyyətindən asılı ola bilər.
Bildirilir ki, İsveçrə alimləri tərəfindən hazırlanan alqoritm maqnit rezonans tomoqrafiya şəkillərini beynin ağrının hiss edilməsinə cavabdeh olan nahiyələrinin aktivliyi əsasında analiz edir.
Süni intellekt fiziki ağrı qorxusunun mövcudluğunu sübut edən nümunələr axtararaq bu məlumatlar əsasında xəstədə bu kimi qorxunun olub-olmamasını müəyyənləşdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.