Kömür ilə işləyən elektrik stansiyalarının gizli təhlükə mənbəyi olduğu müəyyən edilib

25 Dekabr 2018 - 10:40 | Maraqlı məlumatlar
Kömür ilə işləyən elektrik stansiyalarının gizli təhlükə mənbəyi olduğu müəyyən edilib

Kömür elektrik stansiyalarında yanacağın yandırılmasından atmosferə buraxılan tullantıların ətraf mühitə təsirinin tədqiqindən sonra Karlsrue Texnologiya İnstitutunun (Karlsruhe Institute of Technology, KIT) alimlər qrupu gözlənilməz nəticəyə gəliblər. Məlum olub ki, elektrik stansiyalarının yanma məhsullarının ətraf mühitə neqativ təsirini azaltmağa yönəlmiş təmizləyici qurğuları ekosistemə və yaxınlıqda yaşayan vətəndaşlara hiss olunan dərəcədə zərər yetirə bilirlər.

3dnews.ru saytının məlumatına görə, bu zərər 100 nm-dən kiçik diametrə malik ultra nazik hissəciklərin atmosferə atılmasından ibarətdir. Bu hissəciklərin yarandıqdan sonra havanın temperaturunun artması nəticəsində 200-300 metrə qədər hündürlüyə yüksəlir ki, buradan isə onlar bir neçə yüz kilometrə qədər uzağa yayıla bilərlər.

Bəzi yerlərdə və elektrik stansiyalarından kənarda süni ultra nazik hissəciklərin səviyyəsi təbii ilə müqayisədə, (məsələn, meşə yanğınları) bir neçə dəfə yüksək olub.

Böyük şəhərlərdə aparılan qiymətləndirmələr göstərib ki, kömür elektrik stansiyalarından yayılan mikrozərrəciklərlə çirklənmə nəqliyyatın hərəkətindən yaranmış mikrozərrəciklərlə çirklənmədən daha genişmiqyaslıdır. Bu problemin insanlarda allergiyaya səbəb ola biləcəyi məlum olub. Son onilliklərə insanlarda allergik reaksiyaların artması heç də təsadüfi deyil.

Almaniyada və dünyanın digər regionlarında sınaqların aparılması üçün alimlər çox yüngül uçuş aparatlarından istifadə ediblər. Aparat havanın kimyəvi və fiziki tərkibini ölçməyə kömək edən cihazlar kompleksi ilə təchiz edilib. Ultra nazik hissəciklərin yayılmasının dəqiq xəritəsinin yaradılması üçün alimlər çoxillik hidrometeoroloji müşahidələrdən fəal istifadə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.