ABŞ-ın kəşfiyyat cəmiyyətini təmsil edən bir sıra agentliklər süni intellekti və kvant hesablamalarını milli təhlükəsizliyə potensial təhdidlər siyahısına (buraya nüvə silahı, terrorizm və iqlim dəyişikliyi daxildir) salıblar.
techcult.ru saytının məlumatına əsasən, kəşfiyyat ekspertlərini daha çox aqnostik texnologiyalar (şifrələmə, avtonom və pilotsuz sistemlər, ilk növbədə isə süni intellekt və kvant hesablamaları) narahat edir.
ABŞ hökuməti hesab edir ki, aqnostik texnologiyaların köməyilə potensial düşmən istehsal və hərbi texnologiyalar sahəsində süni intellektə geniş çıxış əldə edə biləcək, kvant hesablamaları isə ona Amerika xüsusi xidmət orqanlarının müdaxiləsindən mühafizə olunmuş təhlükəsiz kommunikasiyaları hazırlamağa imkan verəcək.
Siyahıya, həmçinin Birləşmiş Ştatların və onların müttəfiqlərinin fəaliyyətinə zərbə vurmaq üçün sosial media, süni intellekt və məlumatların analizindən istifadə edən informasiya əməliyyatları daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.