“Opera” şirkəti Londonda keçirilən “Hard Fork Decentralized” konfransında Android üçün ilk Veb 3.0 texnologiyası və daxili kriptoqrafik platforma dəstəkli brauzeri təqdim edib.
popmech.ru saytının məlumatında bildirilir ki, Android üçün “Opera” brauzerinin yeni versiyası istifadəçilərə kriptovalyuta əməliyyatlarını yerinə yetirməyə imkan verən məşhur “Ethereum Veb3 API” protokolunu dəstəkləyir. Veb 3.0 termini müasir İnternetin imkanlarını genişləndirən kriptovalyuta, blokçeyn və paylanmış sistemlər kimi texnologiyaları nəzərdə tutur.
Android üçün yeni “Opera”nın köməyi ilə istifadəçilər kriptoqrafik pul kisəsi ilə əməliyyatları əhəmiyyətli dərəcədə asanlaşdıran “Dapps”a daxil olurlar. Əməliyyatı həyata keçirmək üçün “Ethereum” kriptovalyutasını əldə ederək “Opera” kriptoqrafik pul kisəsində saxlamaq lazımdır. Bundan sonra, istifadəçilər pul kisəsində yerləşən Veb 3.0 proqramlarına və “Dapp store”a çıxış imkanı əldə edirlər. Kriptovalyutalı “Opera”nı artıq “Play Store”dan pulsuz yükləmək mümkündür.
Növbəti ildə “Opera” şirkəti Veb 3.0-ın dəstəklənməsini Windows, Mac və Linux brauzerlərində tətbiq etməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.