Yaponiyalı robot elektrik avtomobilini idarə edib

07 Dekabr 2018 - 13:00 | Texnoloji yeniliklər
Yaponiyalı robot elektrik avtomobilini idarə edib

Tokio Universitetinin “JSK Lab”  laboratoriyasının alimləri artıq neçə ildir ki, avtomobil idarə edə bilən insanabənzər robotların yaradılması üzərində işləyirlər.

robo-hunter.com saytının məlumatına görə, yaponiyalı mühəndislər insanabənzər robot “Musash”yə avtomobil idarə etməyi öyrədiblər. Android sükanı fırlada, pedallara basa və hətta maneələri tanıyaraq tormozlaya bilir.

İnternetdə Toyota COMS elektrik avtomobilində robotun qısa səfərini göstərən video yayımlanıb. Videoda tros sisteminin robotun bədəninə necə birləşdirildiyini izləmək olar. Avtomobilin sürətinin aşağı olmasına baxmayaraq Androidə qarşısındakı piyadanı görüb dayanmaq üçün çox vaxt lazım olur. Bu da robotun hələ tamamlanma mərhələsində olduğunu göstərir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.