“IBM”in yeni texnologiyası süni intellekt təlimini 4 dəfə sürətləndirir

07 Dekabr 2018 - 10:00 | Texnoloji yeniliklər
“IBM”in  yeni texnologiyası süni intellekt təlimini 4 dəfə sürətləndirir

Süni intellektin hesablama effektivliyi özündə iki cəhəti əks etdirir: neyron şəbəkə “sürətlənir” və daha çox enerji istehlak edir. Bunun sərfəli olmadığını düşünən “IBM” yeni nəticələr əldə etmək üçün 16 və 32 bitlik texnikadan istifadə edən hesablama metodlarından imtina edərək, 8 bitlik texnika, eləcə də yeni çip hazırlayıb. Süni intellekt təliminin yeni metodlarını nümayiş etdirən “IBM” bununla resursların və enerji xərclərinin səviyyəsinin bir neçə dəfə daha sürətli öyrənilməsinə imkan verəcəyini bildirib.

hi-news.ru saytında bildirilir ki, “IBM Research” laboratoriyasının direktoru və vitse-prezidenti Ceffri Velzer süni intellektin bütün potensialını açmaq üçün aparat təminatının tamamilə yenidən layihələndirildiyini deyib. Yeni aparat “IBM Research” proqramının bütün sferalarını əhatə edir.

“IBM”in bütün tətbiqləri “NeurIPS 2018” çərçivəsində Monrealda təqdim edilib.  Şirkətin mühəndisləri iki tətbiq barədə məlumat verib. Onlar “8-dərəcəli üzən vergül saylarının köməyi ilə neyron şəbəkələrinin dərin maşın təlimi” adlanan birinci tətbiqdə proqramların 16 bitdən 32 bitə qədər hesab dəqiqliyini azaltmağı və onu 8 bitlik modeldə saxlamağa nail olduqlarını qeyd ediblər. Ekspertlər iddia edirlər ki, onların texnikası 16 bitlik sistemlərlə müqayisədə dərin neyron şəbəkələrinin təlimi vaxtını 2-4 dəfə sürətləndirir. Mühəndislər ikinci tətbiq metodunda süni intellektin analoq mikrosxemlərinin aşağı dəqiqliyini kompensasiya etdiyini  və 33 dəfə az enerji sərf olunduğunu diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.