Braziliyanın “Hoobox Robotics” şirkəti “Intel” ilə əməkdaşlıq çərçivəsində fiziki imkanları məhdud şəxslərin öz əlil arabalarını üz ifadəsi ilə idarə etmələrinə kömək məqsədilə süni intellektdən istifadə edən “Wheelie 7” aparatını hazırlayıb.
naked-science.ru saytının məlumatında bildirilir ki, mühərriklə təchiz edilmiş müasir əlil arabaları, adətən, korpusa bərkidilmiş sensorlar vasitəsilə idarə olunur.
“Wheelie” aparatında tətbiq edilmiş süni intellekt istifadəçinin gülüşünü və digər jestlərini avtomatik tanıyır. Mobil proqramın köməyilə sifətin hər hansı bir ifadəsini bu və ya digər hərəkətlə (sol, sağ, irəli, geri, əyləc və s.) əlaqələndirmək olar. Süni intellekt, həmçinin insanın öskürməsini və ya asqırmasını əmr kimi qəbul etməmək üçün onu “tanıyır”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.