“Music: Not Impossible” (M: NI) adlandırılmış texnologiya musiqini “hiss etməyə” imkan verərək, musiqi titrəyişlərini insan dərisi vasitəsilə ötürür. Dəst əl və topuqlara taxılan akkumulyatorlu iki bilərzik, kürək və çiyinlərə geyilən korsetdən ibarətdir. Sistem səs mənbəyi ilə birbaşa qarşılıqlı əlaqədə olur və dəridəki sensorlara musiqinin səslənməsinə uyğun olan elektrik impulslarını ötürür.
hi-tech.mail.ru saytının məlumatına görə, dəri insan orqanizmində ən “böyük” orqandır. Dəri intensivlik və vibrasiya amplitudasının dəyişikliklərinə qarşı kifayət qədər həssasdır. “M: NI” sistemi də məhz bundan istifadə edir.
İstehsalçılar sistemi yeni musiqi aləti və ya musiqidə yeni ölçü adlandırıblar. Qurğunun 2019-cu ildə satışa çıxarılması gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.