Nyu-York Universiteti Politexnik İnstitutunun alimləri biometrik sistemlərə müdaxilə məqsədilə neyron şəbəkəsinə barmaq izlərini saxtalaşdırmağı öyrədiblər.
hightech.fm saytının məlumatına görə, biometrik autentifikasiya sistemləri insanın bütün barmağını deyil, yalnız onun bir hissəsini skan edir, bundan sonra istifadəçi haqqında bazada saxlanmış məlumatlarla müqayisə edir. Bu, o deməkdir ki, cinayətkarlara bütün barmağı deyil, yalnız barmaq izinin bir hissəsini yaratmaq lazımdır.
Bundan başqa, insanların barmaq izlərində bir çox relyeflər təkrarlanır, buna görə ən geniş yayılmış relyefdən ibarət süni düzəldilmiş barmaq izi eyni anda bir neçə barmaq izinə dəqiq uyğun gələcək.
“DeepMasterPrints” neyron şəbəkəsi çoxsaylı barmaq izindən ibarət məlumat bazasını öyrənib və eyni anda bir neçə barmaq izinə uyğun gələn süni barmaq izləri yaratmağa müvəffəq olub. Süni barmaq izləri 0,1 faiz xəta göstəricisi ilə məlumat bazasında 23 faizədək saxtalaşdıra bilər. 1 faiz xəta ilə bu göstərici 77 faizədək yüksəlir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.