Ölkəmizdə son 5 ildə internet xidmətləri bazarının həcmi 4 dəfə artıb

05 Avqust 2014 - 11:30 | Mühüm hadisələr
Ölkəmizdə son 5 ildə internet xidmətləri bazarının həcmi 4 dəfə artıb

Ölkəmizdə son 5 ildə internet xidmətləri bazarının həcmi 4 dəfə artıb. Bu barədə məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2013-cü ildə İnternet bazarının həcmi 128,9 milyon dollara çatıb: “Əvvəlki il ilə müqayisədə real ifadədə artım 45% təşkil edib. 2013-cü ildə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55 nəfər olub. Son 5 il ərzində internet qiymətləri 12,5 dəfə azalıb. İnternet qiymətlərinin azalması xidmətə tələbatı, bu isə öz növbəsində beynəlxalq internet kanallarının həcminin artımını təmin edib. Son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumu 14,4 dəfə artaraq 324 kbit/s-dan 4650,7 kbit/s-ya çatıb”. 

ictnews.az