“Ağıllı” bloknot təqdim edilib

16 Noyabr 2018 - 17:08 | Maraqlı məlumatlar
“Ağıllı” bloknot təqdim edilib

“Xiaomi” şirkəti tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmsallaşdırır.

hi-tech.mail.ru saytının məlumatına görə, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmsal sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq mümkün olur.

Bundan başqa, bloknotda əllə yazılmış mətnin tanınması funksiyası mövcuddur: mətn avtomatik olaraq “Word” sənədinə çevrilir. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.