Ən qabaqcıl sosial robot

12 Noyabr 2018 - 17:28 | Texnoloji yeniliklər
Ən qabaqcıl sosial robot

İsveçin “Furhat Robotics” startapı realistik insan sifətinə malik səsli köməkçi funksiyasını yerinə yetirən humanoid hazırlayıb.

naukatv.ru saytının məlumatına görə, ilk dəfə “Web Summit”də nümayiş olunan “Furhat” robotu “Alexa” və ya “Siri” kimi rəqəmsal köməkçi və humanoid texnologiyaları özündə birləşdirir. Robot müxtəlif sifətlərin, eləcə də elmi-fantastik filmlərin personajlarının əks etdirilməsini quraşdırmağa imkan verən başdan ibarətdir. Qurğuya animasiya edilmiş sifətləri robotun üzündə əks etdirən enlibucaqlı proyeksiya sistemi quraşdırılıb.

“Furhat” görmə kontaktını dəstəkləməklə dinləyə, danışa və həmsöhbətə reaksiya verə bilən sosial robotdur. Yüksək keyfiyyətli enlibucaqlı fotokamera və stereofonik mikrofonlar əks əlaqəni təmin etməklə robota hadisələrə reaksiya verməyə imkan verir. Səsli texnologiyalar və süni intellekt sistemi sayəsində robot 30 dildə danışa və onları istifadəçilərə öyrədə bilir. “Furhat” proqramına ünsiyyət üçün istifadəçinin istəyinə uyğun quraşdırılan bir sıra ifadə və jestlər yüklənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.