“6G” şəbəkəsi 2030-cu ildə təqdim ediləcək

12 Noyabr 2018 - 16:53 | Texnoloji yeniliklər
“6G” şəbəkəsi 2030-cu ildə təqdim ediləcək

2019-cu ildə “5G” şəbəkəsinin aktiv kommersiya istismarı planlaşdırılıb. Artıq yeni nəsil şəbəkəni dəstəkləyən ilk smartfonlar təqdim edilib. Bir neçə il sonra bu texnologiya dünyanın bütün regionlarında geniş yayılacaq.

ixbt.com saytının məlumatına əsasən, bir neçə gün əvvəl Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyində “5G” hazırlamalar bölməsinə rəhbərlik edən Syu Ksin bildirib ki, bu il konseptual mərhələdə “6G” texnologiyasının hazırlanması prosesinə başlanılıb.

Onun sözlərinə görə, hazırda Çin, ABŞ, Rusiya, Avropa Birliyi ölkələri “6G” texnologiyası üzərində çalışırlar. “6G” şəbəkəsində məlumatların ötürülmə sürəti nəzəri cəhətdən 1 TB/saniyəyə yaxınlaşa bilər. Əhatə dairəsinin yalnız Yer kürəsində deyil, həm də suyun altında əlçatan olması “6G” texnologiyasının əsas özəlliyi olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.