“Facebook” və “Google” şirkətləri “World Wide Web”in yaradıcılarından biri olan Tim Berners Li tərəfindən təklif olunan sərbəst İnternet haqqında müqavilə – “Şəbəkə müqaviləsi”ni (Contract for the Web) dəstəkləyiblər.
iz.ru saytının məlumatına görə, müqavilə dövlətlər, korporasiyalar və vətəndaşlar üçün bir sıra prinsipləri özündə ehtiva edir. Məsələn, o hər kəs üçün şəbəkəyə sərbəst girişə zəmanət verir, vətəndaşların hüquqlarına hörmət edərək və onları müdafiə edərək vətəndaşların şəxsi informasiyasının tamlığını qorumağı və cəmiyyətin uğurlu inkişafı üçün İnternet-texnologiyalar işləməyi və s. nəzərdə tutur.
T.B.Li bildirib ki, son zamanlar istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinin pozulması, şəbəkədə siyasi manipulyasiyalar, hakimiyyətin bir neçə böyük korporasiyada mərkəzləşdirilməsi kimi amillər İnternetlə bağlı “optimizm hissi”ni sarsıdıb. O, bu baxımdan müqavilənin önəmini vurğulayıb.
Qeyd edək ki, hazırda müqaviləni təxminən 50 təşkilat dəstəkləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.