AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Seminarda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modelləri” mövzusunda dissertasiya işi müzakirə olundu.
Məruzəçi dissertasiyanın aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələləri, əsas müddəaları və elmi yenilikləri diqqətə çatdırdı, dissertasiya işinin məzmununu fəsillər üzrə təqdim etdi.
Təqdim olunan məruzə ətrafında müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Yekunda dissertasiya işi müsbət qiymətləndirildi və növbəti mərhələyə buraxılması tövsiyə edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.