London İmperiya Kollecində tələbələrə müəllimlərin holoqramları dərs keçəcək. Mühazirə həm əvvəlcədən yazılmış formada, həm də real vaxt rejimində aparıla bilər.
robo-hunter.com saytının məlumatına görə, bu, “Arht Media” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sistem sayəsində mümkün olub. Los-Anceles və Toronto şəhərlərində yerləşən iki studiya sözügedən sistemlə təchiz edilib. Müəllim bu studiyaya gəlir, xüsusi kameralar burada baş verənləri lentə alır. Auditoriya ilə əlaqə saxlaması üçün onun qarşısındakı yüksək təsvir ölçülü ekranda tələbələrin əyləşdikləri otağın görüntüsü yayımlanır. Mühazirə zalında isə müəllimin təsviri xüsusi fonda şüşə ekrana proyeksiya edilir.
Holoqram eyni zamanda bir neçə problemi həll edir: kadr çatışmazlığı, şəxsən mühazirə aparmağın qeyri-mümkünlüyü və sadə videoyayım zamanı auditoriya ilə zəif kommunikasiya. London İmperiya Kolleci yeni sistem vasitəsilə yayımlanan bir çıxışa təxminən 1300 dollar xərcləyəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.