İnsan beynini imitasiya edən “Spiking Neural Network Architecture” (SpiNNaker) superkompüteri saniyədə 200 milyondan çox əməliyyat yerinə yetirir. Onun hər mikrosxemi 100 milyon oynaqlı detalla təchiz edilib.
naked-science.ru saytının məlumatında bildirilir ki, superkompüter yaradıcıları konsepsiyanın hazırlanmasına 20 il, yığılmasına 10 il, xərclərinə isə 15 milyon funt-sterlinq sərf ediblər. Əvvəlcə Britaniyanın Mühəndislik və Fizika Elmləri üzrə Tədqiqat Şurası (Engineering and Physical Sciences Research Council – EPSRC) tərəfindən maliyyələşdirilən layihəni hazırda Avropanın “Human Brain Project” layihəsi dəstəkləyir.
Mançester Universitetinin informatika məktəbinin hazırladığı və yığdığı “SpiNNaker” real vaxt rejimində digər kompüterlərlə müqayisədə daha çox bioloji neyron modelləşdirə bilir.
Superkompüter adi kompüterlərdən fərqli olaraq, böyük həcmli informasiyanı A məntəqəsindən B məntəqəsinə standart şəbəkə vasitəsilə ötürməməsinə görə unikaldır. O, bunun əvəzinə, böyük paralelli kommunikasiya arxitekturunu imitasiya edərək eyni anda minlərlə müxtəlif istiqamətdə kiçik həcmli informasiya ötürür.
Kompüter yaradıcıları real vaxtda 1 milyardadək bioloji neyron modelləşdirmək niyyətindədirlər. Müqayisə üçün qeyd edək ki, siçan beyni təxminən 100 milyon, insan beyni isə 1000 dəfə çox neyrondan ibarətdir. 1 milyard neyron təxminən 1 kvadrilyon (15 sıfır vahidi) sinapsla bir-biri ilə sıx birləşmiş 100 milyard neyrondan ibarət insan beyninin miqyasının 1 faizini təşkil edir.
Beyin fəaliyyətini imitasiya edən 1 milyon nüvə prosessoruna malik kompüter ilk növbədə neyrobioloqlara bu orqanın necə işləməsini daha yaxşı anlamağa kömək edir. O, bunu real vaxt rejimində digər kompüterlərdə mümkün olmayan irimiqyaslı simulyasiyalar etməklə həyata keçirir.
“SpiNNaker”, həmçinin “SpOmnibot” robotunun idarə edilməsi üçün tətbiq edilib. Robot real vaxtda vizual informasiyanın interpretasiyası və müəyyən obyektlərə istiqamət üzrə naviqasiya üçün superkompüter sistemindən istifadə etməklə digər obyektləri nəzərə almır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.