“Google Glass” üzərindən əməliyyat keçiriləcək

04 Avqust 2014 - 10:30 | Texnoloji yeniliklər
“Google Glass” üzərindən əməliyyat keçiriləcək

ABŞ-ın Stenford Universitetinin gənc həkimləri öz cərrahlıq alətləri siyahısına “Google Glass” cihazını əlavə edəcəklər. Belə ki, əməliyyat zamanı tələbələrin müşahidə etdikləri cərraha yayımlanacaq. O, tələbələrin işinə düzəliş edə və onları öyrədə biləcək. Yayımı “CrowdOptic” şirkəti həyata keçirəcək. 

ria.ru saytının məlumatına görə, layihə “Glass at Work” ümumi proqramı çərçivəsində həyata keçirilir. Məqsəd “Google Glass” smart eynəyinin müxtəlif sahələrdə yeni tətbiqi üsullarını tapmaqdır. 

Qeyd edək ki, “Google Glass” eynəkləri hazırda tibb sahəsində geniş tətbiq edilir.