Sualtı robot hərbi əməliyyatlarda iştirak edəcək

02 Noyabr 2018 - 09:34 | Texnoloji yeniliklər
Sualtı robot hərbi əməliyyatlarda iştirak edəcək

“General Dynamics” şirkəti “Bluefin-9” adlı sualtı robot istehsal edib. Pilotsuz sualtı aparat (Unmanned underwater vehicle – UUV) ətraf mühitə nəzarət etmək, kəşfiyyatda iştirak etmək və axtarış-bərpa əməliyyatlarını həyata keçirmək üçün istifadə edilə bilər.

robo-hunter.com saytının məlumatına görə, çəkisi 70 kq olan aparatın uzunluğu 2,5 metrə çatır. Robot 200 metrə qədər dərinliyə enə bilir, işləmə müddəti 8 saat təşkil edir. “Bluefin-9” istənilən yerdən suya buraxıla bilər. O, hidrolokator, kompüter görməsi üçün kamera, temperatur və təzyiqi ölçən səsli sürət sensoru ilə təchiz edilib.

Həmçinin pilotsuz sualtı aparata bulanıqlıq sensoru və əldə olunmuş məlumatları bort kompüterlərinə ötürən inersiyalı idarəetmə sistemi quraşdırılıb. Bunun üçün robot GPS antennalarından, Wi-Fi və akustik əlaqədən istifadə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.