Çində avtomatlaşdırılmış polis bölməsi açılıb

01 Noyabr 2018 - 10:19 | Maraqlı məlumatlar
Çində avtomatlaşdırılmış polis bölməsi açılıb

Çinin Fuszyan əyalətinin Fuçjou şəhərində gecə-gündüz işləyən və sərhəd, yaşayış yeri üzrə qeydiyyata alınma və nəqliyyat idarəçiliyi ilə bağlı xidmətlər göstərən tamamilə avtomatlaşdırılmış ilk polis bölməsi açılıb.

belta.by saytının məlumatına görə, bölmədə süni intellektə əsaslanan sifətin tanınması texnologiyası quraşdırılıb. Burada təklif edilən xidmətlərdən istifadə etmək üçün ekrana basmaq lazımdır. Bundan sonra şəxsiyyət vəsiqəsini, yaşayış yeri üzrə icazə sənədini, giriş-çıxış vizasında qeydləri rəsmiləşdirmək, cərimələmə və nəqliyyat vasitəsinin müsadirəsini, ictimai asayişə nəzarəti həyata keçirmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.