Epilepsiya tutmasını aşkarlayan “ağıllı” bilərzik təqdim edilib

31 Oktyabr 2018 - 15:05 | Texnoloji yeniliklər
Epilepsiya tutmasını aşkarlayan “ağıllı” bilərzik təqdim edilib

Hollandiya alimləri epilepsiya xəstəliyinin əlamətlərini müəyyənləşdirən və ətrafdakıları xəbərdar edən “Nightwatch” adlı “ağıllı” bilərzik hazırlayıb.

life.ru saytının məlumatına görə, sözügedən bilərzik sahibinin nəbzini və əzələ yığılmasını analiz edir. Epilepsiya xəstəliyinin əlamətləri aşkar edilən kimi qurğuda qırmızı rəngli sensor işıq saçmağa başlayır və səs siqnalı eşidilir.

“Nightwatch” cihazı epilepsiyadan əziyyət çəkən 28 nəfər üzərində sınaqdan keçirilib. Bilərziklər sınaqlar zamanı 809 epilepsiya tutması aşkar edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.