İlk kosmik gen bankı orbitə göndərilib

29 Oktyabr 2018 - 11:57 | Texnoloji yeniliklər
İlk kosmik gen bankı orbitə göndərilib

Çinin “Shainghai ManWei Technology” şirkəti ilk kosmik gen bankını orbitə çıxarıb. Raket buraxılışı Tanyuan kosmodromunda “Changzheng-4” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib.

newsru.com saytının məlumatında bildirilir ki, kosmik radiasiyaya məruz qalmayan xüsusi konteynerə 8 Çin vətəndaşının təxminən min il təhlükəsiz qalacaq genləri yerləşdirilib.

Məlumata görə, bank 400 il sonra Yer kürəsində resursların tükənməsi və əhali sayının çoxalması ilə bağlı təhlükə səbəbindən yaradılıb.

Alimlərin fikrincə, kosmik gen bankı yeni bəşəriyyət sivilizasiyası yaratmağa kömək edəcək.

İdeyanın inkişafını planlaşdıran “Shainghai ManWei Technology” gələcəkdə Marsa və Yer kürəsinə bənzər digər planetlərə göndəriləcək milyonlarla nümunəni özündə birləşdirən bank formalaşdırmaq niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.