Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

19 Oktyabr 2018 - 10:43 | Maraqlı məlumatlar
Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib. Bu, tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış etmiş ilk robotdur.

www3.nhk.or.jp saytının məlumatına görə, Böyük Britaniyanın qanunvericiləri Yaponiyanın “Softbank Group” şirkəti tərəfindən hazırlanmış “Pepper” robotunun iclas otağına daxil olaraq ingilis dilində çıxışını maraqla izləyiblər.

“Pepper” robotu qanunvericilərə yaşlı insanlara kömək edəcək robot istehsalının inkişaf layihəsi haqda məlumat verib. Layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən yükü azaltmaqdır. Həmçinin bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, təklikdən uzaqlaşmaqda və onların həyat şəraitini yaxşılaşdırmaqda kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.