“Google” korporasiyası öz yeni qurğusu “Home Hub” “ağıllı” ekranını təqdim edib. İstehsalçıların sözlərinə görə, qadcet “ağıllı” evi idarə etmə üçün rahat köməkçi olacaq.
iz.ru saytının məlumatına görə, smart-ekrana “Google Assistant” səs köməkçisi qurulub. Qurğunun köməyi ilə istifadəçilər “ağıllı” evin komponentləri – məişət cihazları, işıqlandırma ilə qarşılıqlı təsirdə ola biləcəklər. Bundan başqa, “Home Hub”da təqvimi açmaq, xatırlatmalar yaratmaq, İnternetdə lazımi informasiyanı tapmaq və onu ekrana çıxarmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.