Fikirlərin ötürülməsi üçün dünyada ilk şəbəkə yaradılıb

03 Oktyabr 2018 - 11:08 | Maraqlı məlumatlar
Fikirlərin ötürülməsi üçün dünyada ilk şəbəkə yaradılıb

ABŞ alimləri tərəfindən yaradılmış və 3 iştirakçıdan ibarət şəbəkədə ilk dəfə siqnalları “beyindən-beyinə” birbaşa göndərmək və qəbul etmək mümkün olub.

belta.by saytının məlumatına görə, Vaşinqton Universitetinin alimləri tərəfindən yaradılmış şəbəkə “BrainNet” adlandırılıb. Sistem hər biri laboratoriyanın ayrı otağında olan 3 iştirakçıdan ibarət qrupa tetrisə bənzər oyunu birgə oynamağa imkan verib.

“Beyindən beyinə” interfeysləri əvvəllər də işlənib hazırlanıb, lakin ilk dəfə Vaşinqton Universitetinin alimləri 2-dən çox subyektin iştirakı ilə belə interfeys yaratmağa müvəffəq olublar.

Hazırlanmış interfeysin köməyi ilə eksperimental qruplardakı qəbuledicilər 81,25% halda fiquru düzgün yerləşdirməyi bacarıblar.

Alimlər bildiriblər ki, bu yolla yalnız laboratoriya daxilində deyil, həm də İnternet üzərindən qarşılıqlı əlaqə yaratmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.