“Microsoft” şirkəti “Windows” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən kompüterlər üçün “Office 2019” paketini təqdim edib.
hitech.newsru.ru saytının məlumatında bildirilir ki, ofis paketinə “Word”, “Excel”, “PowerPoint” və “Outlook”, “Project”, “Visio”, “Access” və “Publisher” proqramları daxildir.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Office 2019” paketində əvvəllər “Office 365” “bulud” xidmətində reallaşdırılmış bir sıra yeniləmələr tətbiq edilib. Məsələn, “PowerPoint”də kinematoqrafik təqdimatlar, “Word”də yeni tərcüməçi və “Excel”də qıfaoxşar diaqram və xəritəli diaqramlar əlçatan olub.
Xatırladaq ki, hələ fevralda “Office 2019” paketinin “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərini dəstəkləməyəcəyi, yalnız “Windows 10” sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə işləyəcəyi barədə məlumat verilmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.