İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

28 Sentyabr 2018 - 09:59 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” I beynəlxalq konfransının (First International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2019) proqram komitəsinin üzvü seçilib.

20-22 mart 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.