Sakit okeanda üzən 88 min ton plastik kütlənin təmizlənməsi layihəsinə start verilib. “Ocean Cleanup” (“Okeanın təmizlənməsi”) layihəsinin reallaşdırılması çərçivəsində sahildən təxminən 240 dəniz mili məsafədə olan əraziyə “Ocean Cleanup System 001” sisteminin daşınmasına başlanıb. Sistem bu əraziyə çatdıqda, külək və dalğalar onu U formalı vəziyyətə gətirəcək, və o, yavaş-yavaş hərəkət edəcək. Aşağıya doğru sallanan 3 metrlik ətək isə, plastik kütlənin hətta millimetr ölçüyə malik qalıqlarını yığacaq. Sonra kiçik qayıqlar onları toplayaraq istifadə etmə üçün sahilə daşıyacaqlar.
gearmix.ru saytının məlumatına görə, iki həftəlik sınaqlar zamanı sistemin planktonlara və digər həyati əhəmiyyətli dəniz növlərinə zərər vermədən işlədiyinə əmin olmaq üçün ona diqqətlə nəzarət ediləcək.
“Okeanın təmizləməsi” layihəsinin iştirakçıları ümid edirlər ki, sistem il ərzində okeandan təxminən 55 ton plastik kütlə əldə edə biləcək.
Qrup hər 5 ildə plastik tullantıları 50 faiz azaltmağa imkan verəcək ümumilikdə 60 sistem istifadəyə verməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.