Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri insan dərisinə bənzər elektron dəri hazırlamaq niyyətindədirlər. Belə hesab edilir ki, gələcəyin robotları tərəfindən mürəkkəb, lakin dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır. Çin Elmlər Akademiyasının alimləri elektron dərinin həssaslığını artırmaq istiqamətində mühüm irəliləyişə nail olublar.
naked-science.ru saytının məlumatına görə, yeni elektron dəri təzyiqdəki cüzi dəyişiklikləri qeydə almaq və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malikdir.
Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirtmək üçün süni ələ bərkidiblər. Yeni elektron dərinin səth üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulslar generasiya etdiyi məlum olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.