“SpaceX” şirkəti “Big Falcon Rocket” (BFR) vasitəsilə Yer kürəsinin təbii peyki ətrafında uçuşa yola düşəcək ilk müştərisinin adını açıqlayıb.
“Zozotown” İnternet geyim mağazasının yaradıcısı yapon milyarder Yusaku Maezava “SpaceX”in ilk kosmik turisti olacaq.
popmech.ru saytının məlumatına görə, Maezavanın kosmik səyahəti 2023-cü ilə planlaşdırılıb. Bu halda o BFR-ın yeganə sərnişini olmayacaq – onunla 5 günlük ekspedisiyaya 6-8 incəsənət xadimi, o cümlədən musiqiçi, memar və dəb dizaynerləri yola düşəcək. Həmçinin onların xərclərini də Maedzava ödəyəcək. Hələ ki, gələcək səyahətin qiyməti barədə məlumat verilmir.
Bundan başqa, şirkətin yaradıcısı İlon Mask BFR haqqında yeni məlumatlar verib. 118 metrlik raket 100-ə qədər insanı və 1100 kub metrə qədər yükü daşıya bilən “Big Falcon Ship” adlı gəmini kosmosa qaldırmaq imkanına malik olacaq. Lakin ilk uçuşda turistlərin sayının minimal olması nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.